Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

Bakıda aeroport yolunda yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, KİA markalı avtomobil hərəkətdə olarkən 160 saylı sərnişin avtobusunun qarşısına çıxıb və avtobus avtomobilə çırpılıb. KİA-dan qopan metal parçası arxadan gələn digər avtomobilə dəyib və həmin avtomobilin təkəri partlayıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR