Zaqatalada qurutma sexi yanıb

Zaqatalada yanğın qeydə alınıb.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, rayonun Aşağı Tala kəndində ümumi sahəsi 220 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış 8 ton fındığın 100 kiloqramı yanıb.

Fındığın qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstirahət günü hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR