Gürcüstanda ilin ən yaxşı futbolçusu seçilib

Gürcüstan milli komandasının və Belçika “Gent”inin üzvü Georgi Çakvetadze Gürcüstan Futbol Federasiyasına görə “İlin ən yaxşı futbolçu”su seçilib.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, Çakvetadze “Lokomotiv” Moskvanın müdafiəçisi Saba Kverkveliya və millinin kapitanın Caba Kankavanı (“Tobol”, Qazaxıstan) qabaqlayıb.

Hazırda Çakvetadzenin transfer bazarında qiyməti 10 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, səsvermədə Gürcüstan Çempionatının baş məşqçiləri və kapitanları, məşqçilər və millinin futbolçuları, həmçinin KİV nümayəndələri və futbol veteranları iştirak edib.

İstirahət günü hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR