Putin İlham Əliyevi təbrik edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

Metbuat.az Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda 2018-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün çox məhsuldar olduğunu vurğulayaraq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın və bütün səviyyələrdə siyasi dialoqun aktiv şəkildə inkişaf etdiyini bildirib.

Rusiya prezidenti, Moskvada, Soçi və Bakıda aparılan danışıqlar zamanı əldə olunan ikitərəfli razılaşmaların həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da artıracağına əminliyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR