2018-ci ilin son gününə olan hava proqnozu

Ölkə ərazisində dekabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadsında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 8-13 dərəcə şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın həmçinin Daşkəsən - Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 6-11 dərəcə şaxta olacaq.

Qazax - Gəncə, Tərtər - Ağdam, Füzuli - Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Balakən, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 9-14 dərəcə şaxta olacaq.

Masallı, Lənkəran, Astara, Lerik rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur 2-4 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta olacaq.

Mərkəzi - Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 2 dərəcə şaxtadan, 3 dərəcəyədək isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR