Özbəkistanda nazir müavini yol qəzasında öldü

Özbəkistanın Qaraqalpaqstan Respublikasının Xujayliy rayonunda avtomobil qəzası nəticəsində dörd nəfər həyatını itirib.

Metbuat.az AzərTAc-a istinadən xəbər verir ki, “Neksi-3” minik maşınının sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı beton səddə çırpılaraq yanıb.

Ölənlər arasında Qaraqalpaqstanın mənzil-kommunal nazirinin müavini də var. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR