ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı Xalq artisti Naibə Allahverdiyeva olub.

Publika.az xəbər verir ki, aktrisa kövrək olduğundan danışıb:

“Yaradıcı insanlar çox həssas olurlar. Bu yaxınlarda bir aktyorun həyatından bəhs edən bir film izlədim. Teatrdan küsüb gedir, rejissor teatrın müdirinə deyir ki, bilmirsən , aktyorlar çox həssas insanlardır?! Adi bir baxışdan belə inciyənəm. Evdə də beləyəm, hər şeydən küsürəm. Qızımdan, yoldaşımdan küsürəm, amma bir anlıq. “Partlayış” olur, sonra barışıram”.