ABŞ-dan İrana çağırış -

İran iqtisadi və diplomatik təcridin güclənməsindən yaxa qurtarmaq üçün raket buraxılışlarından imtina etməlidir.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə, bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.

O xatırladıb ki, İran Müdafiə nazirliyi yaxın aylarda üç kosmik raket-daşıyıcını buraxacağını elan edib:

“ABŞ İranın dağıdıcı siyasətinin beynəlxalq sabitlik və təhlükəsizliyə təhdid törətməsinə durub baxmayacaq. Biz İran hökumətini bu cür təxribat xarakterli buraxılışlardan imtina etməyə çağırırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR