Bakıda çoxmərtəbəli binadakı yanğından görüntü

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.

Metbuat.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb.

Dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR