Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri

Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Türkiyənin İzmir şəhərində 2019 – cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim – məşq düşərgəsində iştirak edib.

Nüfuzlu “Teos Marina Yelkən Klubu”nun dəvətilə təlim – məşq düşərgəsinə Türkiyənin məşhur Yelkən Klubları da qatılıb. Düşərgənin sonunda bütün idmançıların iştirakı ilə “Teos Kuboku” uğrunda yarış keçirilib.

Qeyd edək ki, təlim – məşq düşərgəsində milli yığmamızın yelkənçiləri ilə yanaşı Azərbaycan Yelkənli İdman Federasiyasının yeni idmançıları da bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Seferihisar bələdiyyəsini ziyarət edib, bələdiyyə sədri cənab Tunç Soyerlə görüşüb. Azərbaycanlı idmançıları rəğbətlə qarşılayan bələdiyyə sədri yelkənçilərimizin çətin hava şəraitində peşəkarlıq nümayiş etdirdiyini vurğulayaraq onların fədakarlığını yüksək qiymətləndirib.

Təlim – məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə Murad Hacızadə, Murad İsmayılov, Kristina Kərimova, Ayla Babayeva, Fidan Ağazadə, Səxavət Əzimov, Nicat Şükürov, Timur Sıkaçevskiy, “Laser” sinfi üzrə İsmayıl Kərimov, Cavid Kərimov, Murad Allahverdi, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçilər Aleksandr Knyazev, Anton Vilyayev təmsil ediblər.

Xatırladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR