Qaz borularını oğurlayan şəxs saxlanılıb

Ötən il dekabrın 11-də Tərtər Regional Qaz İstismar İdarəsi Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək Evoğlu kəndi ərazisində yerləşən qaz borularının oğurlandığı barədə məlumat verib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Metbuat.az -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Tərtər Rayon Qaz İstismar İdarəsinin balansında olan ümumi uzunluğu 60 metrı malik qaz borularını Evoğlu kənd sakini Hüseyn İsmayılovun oğurladığı müəyyən edilib. H. İsmayılovun həyatyanı sahəsinə baxış keçirilən zaman torpağa basdırdığı qaz boruları tapılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR