Yeni ASAN xidmət mərkəzləri istifadəyə veriləcək -

Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib. Onun sözlərinə görə, bu il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "Asan Xidmət" mərkəzləri istifadəyə veriləcək:

"Bununla da "Asan Xirmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq. "ASAN" xidmət mərkəzləri olmayan bölgələrdə isə səyyar “ASAN xidmət" fəaliyyət göstərir". Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR