Bakı. 4 yanvar. REPORT.AZ/ “Keşlə” futbol klubunda yeni təyinat olub.
“Report” paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən yay futbolçu karyerasını başa vuran Rəşad Sadiqov bundan sonra əsas komandada baş məşqçi Tərlan Əhmədovun köməkçisi olacaq.
Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Krakliç isə “Keşlə”ni tərk edib. Serbiyalı mütəxəssisin karyerasını Çində davam etdirəcəyi bildirilir.