Bakı. Trend:

Misirin paytaxtı Qahirədə kilsə yaxınlığında şübhəli çanta aşkar edilib.

Trend-in məlumatına görə, polis əməkdaşlarının aşkar etdiyi çantanın içində partlayıcı qurğu olub.

Məlumata əsasən, polis əməkdaşları çantanı yoxlayarkən partlıyıcı qurğu işə düşüb və partlayış baş verib.

Partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, daha biri isə xəsarət alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin