Misirin paytaxtı Qahirədə kilsə yaxınlığında şübhəli çanta aşkar edilib.Milli.Az Trend-ə istinadən bildirir ki, polis əməkdaşlarının aşkar etdiyi çantanın içində partlayıcı qurğu olub.Məlumata əsasən, polis əməkdaşları çantanı yoxlayarkən partlıyıcı qurğu işə düşüb və partlayış baş verib.Partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, daha biri isə xəsarət alıb.Milli.Az