Almaniyanın "Bavariya" (Münhen) klubunun fransız yarımmüdafiəçisi Frank Riberi ilə bağlı qalmaqal davam edir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, futbolçu "Salt Bae" kimi tanınan türk Nüsrət Gökçənin Birləşmiş Ərəb Əmirliklərindəki "Nusr-Et" restoranında olub.Riberi restoranda 1200 avroya "qızıl steyk" sifariş verib. Bu steyk hazırlanan zaman ətin üzərinə qızıl tozu vurulur.Futbolçu restoranda çəkdirdiyi fotoları İnstagram-da və Twitter-dəki profillərində paylaşandan sonra sosial şəbəkələrin istifadəçiləri Riberini sərt tənqid ediblər."Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO - FOTOOnları xüsusilə sinirləndirən məqam Riberinin restoranda adi yox, "qızıl" steyk sifariş verməsi olub.Frank Riberi tənqidçilərə çox sərt cavab verib, onları təhqir edib: "2019-cu il yırtıq prezervativ nəticəsində doğulmuş paxıl heyterlərlə başlanır. Sizin ananızı, nənənizi, bütün nəslinizi... Sizə əsla heç nə borclu deyiləm. Həyatda hər şeyə Allah, özüm və mənə inanan insanlar sayəsində nail olmuşam", - Frank Riberi Twitter-dəki profilində yazıb."Bavariya" rəhbərliyi Riberini tərbiyəsiz davranışa görə böyük məbləğdə cərimələyib."O, "Bavariya" üçün yolverilməz sözlər yazıb. Frank belə ifadələrdən istifadə edə bilməz. Onunla danışdım və dedim ki, cəzalanacaq. O da cəzasını qəbul etdi", - "Bavariya"nın idman direktoru Həsən Salihamiciç deyib."Bavariya"nın bəyanatında isə vurğulanır ki, Riberi restorana reklam kampaniyası çərçivəsində gedib və steykə görə 1200 avro ödəməyib.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:

"Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO - FOTO Məşhur futbolçu Nüsrəti öpdü