Siyasət ixtisası üzrə təhsil alan model bu sahəyə gəlişinin maraqlı tarixçəsindən də danışıb:"Mən siyasət fakültəsindən məzunam. Lakin, 13 yaşımdan modelliyə, səyahət etməyə böyük maraq hiss edirəm. Məktəb illərində böyük və yaşıl olan gözlərimdən utanırdım, kompleks keçirirdim. Ancaq sonradan həyatımı dəyişdirən məhz gözlərim oldu".Yaponiyanın paytaxtı Tokioda yaşayarkən tam bir təsadüf nəticəsində texnologiya sahəsində zirvədə olan bir şirkətin siması seçilən Nur Korkmaz, sonradan 177 sm boyu və zərif görünüşü ilə tanınmış Amerika markalarının da diqqətini çəkib. Amerikanın CHİ adlı şampun markasının siması olan Nurun sosial mediada əsasən gəncləri əhatə edən böyük və aktiv izləyici kütləsi var. ( instagram.com/nurkorkmazz_ )"Azərbaycan mənə doğma ölkədir. Buradan müxtəlif markalardan və ya qurumlardan təkliflər olarsa, məmnuniyyətlə dəyərləndirməyə hazıram"- deyə N.Korkmaz bildirib.Milli.Az