Yunanıstanda qarlı və şaxtalı hava 3 nəfərin ölümünə səbəb olub. Milli.Az report-a istinadən xəbər verir ki, ötən gecə ölkə paytaxtı Afinaya güclü qar yağıb. Ötən ilin dekabrından Yunanıstanda əlverişsiz hava şəraiti hökm sürür. Nəticədə 3 nəfər ölüb. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 9-10-dək davam edəcəyini bildiriblər. Yol polisi sürücülərə ehtiyatlı olmağı məsləhət görüb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 3,5 tondan ağır avtomobillərin yollara çıxması qadağan edilib.Kəskin hava şəraitinə görə yanvarın 8-də paytaxt Afinanın Attika rayonunda məktəblər bağlanıb.Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin də 20-dən artıq əyalətində müəllim və şagirdlər tətilə buraxılıb. Milli.Az