Bakı. Trend:

Quldurluq etməkdə şübhəli bilinən Bərdə sakini saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin