Dillər Universitetində imtahanlarla bağlı bir sıra yeniliklər tətbiq olunmağa başlayıb

Azərbaycan Dillər Universitetində imtahanlarla bağlı bir sıra yeniliklər tətbiq olunmağa başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə universitetin rektoru, akademik Kamal Abdulla mətbuat konfransında deyib. Rektor bildirib ki, yeniliklərdən biri universitetin valideyn şurasının üzvü olan valideynlərin imtahanlarda iştirakının təmin edilməsidir. Digər bir yenilik appelyasiya şikayətlərilə bağlıdır. Rektor bildirib ki, əvvəl tələbə imtahan nəticəsini öyrəndiyi gün appelyasiya ilə bağlı şikayət verməli idi. Bu isə zaman baxımından müəyyən çətinliklər yaradırdı. İndi isə tələbə appelyasiya şikayətini növbəti imtahana qədər verə bilər. Akademik bildirib ki, digər bir yenilik ötən imtahandan tətbiq olunmağa başlayıb. Bu yenilik odur ki, imtahan zamanı müəllimin stolunun üzərində lüğət və proqramın olmasıdır. Rektor bildirib ki, imtahan zamanı tələbə hansısa sözü ani olaraq unuda bilər, bu isə onun biliyinin az olmasına dəlalət etmir. Ona görə tələbələrə bu cür şərait yaradılıb. Növbəti yenilik isə imtahan müddətinin 2 saatdan 3 saata qədər artırılmasıdır.

Rektor Kamal Abdulla bildirib ki, bu tələbələrin imtahan zamanı vaxta görə stress keçirməmələrinə görə atılan addımdır. Qeyd edək ki, mətbuat konfransından sonra təhsil ekspertləri, jurnalistlər və baş redaktorlar imtahan prosesini izləyiblər.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR