Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışları davam edir.

Azərbaycan Cüdo Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

Günün ulduz falı - 11 YANVAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR