2019-da BİTKOİNİ nələr gözləyir?

2017-ci ildə kriptovalyuta bazarıyla bağlı söylənilən proqnozlar 2018-ci ildə özünü doğrultmadı.

Həmin il dekabrın 12-də bitkoin sürətli şəkildə geriləməyə başladı. Tam 5 gün ərzində kriptovalyuta 45% ucuzlaşdı. Mütəxəssislərin “Kriptovalyuta ili” adlandırdıqları 2018-də bitkoin daha da gerilədi.

Maraqlıdır, 2019-cu ildə kriptovalyuta bazarı, xüsusilə də bitkoinlə bağlı ekspertlərin gözləntiləri özünü doğruldacaqmı?

“Kriptovalyutanın dəyəri hələ də müəyyən edilə bilmir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, bitkoinlə bağlı baş verən proseslər heç də təbii deyil:

“2017-ci ildə qısa müddət ərzində bitkoinin qiyməti yüz dəfələrlə artdı. Həmin valyutanın arxasında hansısa güc, iqtisadiyyat, dəyər, eyni zamanda təminat dayanmır. Belə situasiyanı formalaşdıran informasiya axınının yaratdığı qiymət artımlarıdır. 2017-ci ildə qiymət artımı yaşanandan sonra bu istiqamətdə proses qlobal maliyyə institutlarının, mərkəzi bankların diqqətini cəlb etdi. Bu istiqamətdə nisbətən daha peşəkar yanaşmanın ortaya qoyulması və prosesin nəzarətə götürlməsiylə bağlı addımlar atılmağa başladı. Rəsmiləşdirmə təhlükəsi kriptovalyutanın dəyərini ucuzlaşdıran amillərdən biri hesab olunur. Bu valyuta növündən bütün sektorlar istifadə etsə də, illeqal fəaliyyət iştirakçıları daha çox meyilli idi. Bu istiqmatdə tələbi də məhz onlar formalaşdırırdı. Amma bəzi ölkələrdə rəsmiləşdirlməylə bağlı müəyyən qanunvericilik bazalarının hazırlanması, mərkəzi bankların normativlər ortaya qoyması kriptovalyutanın dəyərini sarsıdan, qiymətini azaldan elementlərdən biri kimi ortaya çıxdı.

Hazırda mövcud qiymətlərin baha olduğunu hesab edirəm. Baxmayaraq ki, kriptovalyuta gələcəyin hesablaşma vasitəsi olaraq görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə genişlənəcək və yayılacaq. Amma məsələ ondan ibarətdir ki, hələlik risklər çox böyükdür. Bu risklər fonunda kriptovalyutanın real dəyəri indiki halda möcud olan qiymətlər deyil. Bu isə bazarda hər zaman qiymət üzərində təzyiqlər göstərir. 2019-cu ildə də bu təzyiqlər davam edəcək. Kriptovalyuta bazarında orta qiymət hazırda mövcud olan qiymətdən aşağı olacaq. Artıq hüquqi çərçivənin formalaşması və mərkəzi bankların bu istiqamətdə müəyyən mövqe ortaya qoyması kimi məsələr son nəticədə qiymət balonlarının mərhələli şəkildə aradan çıxmasına və valyutanın real qiymətinin tapmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, hazırda bitkoinin məzənnəsi 3600 dollar üzərində dəyişir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bədəninizdəki bütün YAĞLARI ƏRİDİN - Bir gecədə... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR