"Azadlıq məhkumların uydurmasıdır" - 1 daşla 9 quş

Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verib.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz şair Aqşin Yensieydir.

- Niyə varsan?

- Başqa çıxış yolum yox idi.

- Niyə yox olacaqsan?

- Yenə başqa çıxış yolum olmadığına görə.

- Niyə yazırsan?

- Özümə yalan danışmağı sevirəm.

- Yaşamaq nədir?

- Ağrısız ölməyi bacara bilməmək vərdişi.

- Ölüm nədir?

- Doğuşdan alınan amansız qisas.


- Ədalət nədir?

- Belə bir şey yoxdur, olsaydı sual doğurmazdı.

- Azadlıq nədir?

- Məhkumların uydurması.


- Yaradıcılıq nədir?

- Təsadüfün zərurət olmaq canfəşanlığı.

- İnsan kimdir?

- Ağrı hissindən işgəncə yaradan dahi canlı.

Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı