"Bu il neftə olan tələb 60 dolları dəstəkləyəcək"

2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulub.

Hazırda isə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edir.

2019-cu ildə neftin qiymətinin 60 dollardan aşağı düşmə ehtimalı gözlənilirmir?

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Cəfər İbrahimli bildirir ki, neftin qiyməti uzun müddət 60 dollardan aşağı qala bilməz:

“2019-cu ildə qısamüddətli ucuzlaşmaların şahidi ola bilərik. Lakin ümumi trendə baxanda, neftin qiyməti 60 dollar üzərində olacaq. 2019-cu ildə dünya iqtisadiyyatında zəifləmə yaşansa da, neftə olan tələb 60 dolları dəstəkləyəcək. Neftin qiymətinin 60 dollar ətrafında qalması real qiymətdir. Fikrimcə, bu qiymət Azərbaycanda iqtisadiyyat və manat üçün hər hansı təhlükə yaratmır. Ölkənin resursları, büdcənin vəziyyəti və Neft Fondundan transferlərin həcmini nəzərə alsaq, tələb olunan valyutanın bazarda təklifi olacaq. Hazırda bununla bağlı təhlükə görünmür”.

Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

2019-da BİTKOİNİ nələr gözləyir? - Ekspert AÇIQLADI – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR