Ağdaşda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib

Ağdaşda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib
14:47 12 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş.12 yanvar. REPORT.AZ/ Ağdaş rayonunda yeniyetmələrə tütün məmulatları satan şəxslər cərimələnib.
Bu barədə "Report”un Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılan müşahidələr zamanı rayon ərazisində yeniyetmələrə tütün məmulatları satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri - rayon sakinləri Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir QaffarovYunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-yeniyetmelere-tutun-memulatlari-satan-sexsler-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR