ABŞ və bir çox Avropa ölkələri qaçqınların gəlişini minimuma endirməyə çalışsa da, Kanada əks istiqamətdə qərar verib. Belə ki, Kanada parlamenti önümüzdəki 3 il ərzində 1 milyon 80 min əcnəbiyə yaşamaq və işləmək hüququ verəcəyini bildirib.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bu il ərzində ölkə 350 min, 2020-ci ildə isə 360 min qaçqına müddətsiz yaşamaq izni verəcək.
Ölkənin Somali əsilli qaçqınlarla iş üzrə naziri Əhməd Hüseyn bildirib ki, Kanada hər bir vətəndaşın zövqlə yaşayacağı məmləkətə çevrilib. Hüseyn bildirib ki, bu addım həm də Kanadanı güclü işçi qüvvəsi ilə təmin edəcək. Çünki 2035-ci ilədək 5 milyon kanadalının təqaüdə çıxacağı gözlənilir.
Leyla Sarabi