Bu nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərar əsasən, büdcədən maliyyələşdirilən qurumlar bölməsinə aşağıdakı məzmunda hissələr əlavə edilib.

“Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi;

“Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi;

“Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi;

“Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi;

"Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi;

Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi;

Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi;

Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi;

Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi;

Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi;

Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi;

Balakən Gənclər evi” sosial xidmət müəssisəsi.”.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: “Qazax Olimpiya İdman Kompleksi” MMC, “Zaqatala Olimpiya İdman Kompleksi” MMC; “Şəki Olimpiya İdman Kompleksi” MMC; “Qusar Olimpiya İdman Kompleksi” MMC; “Abşeron Olimpiya İdman Kompleksi” MMC; “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; “Buzovna İdman Zalı” MMC; “Bakı İdman Sarayı” MMC.”.

Günün qoroskopu - Səhhətinizin qeydinə qalın, çox işləməyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR