Göygöldə dovşan ovçuları saxlanıldı - FOTO

Göygöldə dovşan ovçuları saxlanıldı - FOTO
22:28 14 Yanvar 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Publika.az-a verilən məlumata görə, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Göygöl rayon sakinləri - Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Qeyd edək ki, saxlanılanlar qohumdur. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, Quba rayonunda da qanunsuz ov edən şəxs saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/266202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR