Perunun Kusko bölgəsində yerləşən “Göy qurşağı” dağı izləyən hər kəsin heyranlığına və təəccübünə səbəb olur.

Publika.az xəbər verir ki, "Montana De Siete Colores" (Yeddi rəngin dağı) adlandırılan bu təbiət hadisəsi səmanın Yerdəki əksini təmsil edir.

Səmanın Yerdəki güzgüsü - Yeddi rəngli dağın SİRLƏRİ - FOTOLAR

Bəs bu dağın bu qədər rəngə bürünməsinin səbəbi nədir?

Səmanın Yerdəki güzgüsü - Yeddi rəngli dağın SİRLƏRİ - FOTOLAR

Bu təbii gözəlliyin səbəbi Vinikunka bölgəsindəki qarların əriməsi ilə birlikdə torpağın aşınmaya məruz qalması və bunun nəticəsində fərqli mineral təbəqələrinin dağ boyunca qat şəklində ortaya çıxmasıdır.

Səmanın Yerdəki güzgüsü - Yeddi rəngli dağın SİRLƏRİ - FOTOLAR

Bu dağın qrımızı rəngi oksidləşmiş dəmirdən gəlir. Sarı tonu isə dəmir sulfidinin rəngidir. Bənövşəyi-qəhvəyi qarışığı dəmir mineralı və oksidləşən limonidin ortaya çıxardığı rənglərdir. Yaşılın qaynağı isə xloridin əsəridir.

Səmanın Yerdəki güzgüsü - Yeddi rəngli dağın SİRLƏRİ - FOTOLAR

Lakin bu dağa səyahət etmək üçün əvvəlcə hava şəraitini, daha sonra isə çətin səyahət şərtlərini nəzərə almaq lazımdır. Bu nəfis mənzərəni canlı izləmək üçün öncə Perunun Kusko bölgəsinə getməli, daha sonra 3 saatlıq yolu avtobusla davam edilməlidir. Sonda isə 10 km yolu piyada gedərək dağa çatmaq olar.

Səmanın Yerdəki güzgüsü - Yeddi rəngli dağın SİRLƏRİ - FOTOLAR

Zümrüd