Konqo DR-də "Ebola"ya yoluxanların sayı 650 nəfəri ötüb
Paylaş
73 baxış·1 dəq oxu
Bakı. 16 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli "Ebola" virusuna yoluxma hallarının sayı 658-ə çatıb. Onlardan 402 nəfəri həyatını itirib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bundan əvvəl yoluxma hallarının 608 olduğu, onlardan 368-nin ölümlə nəticələndiyi bildirilirdi.