Tədbir iştirakçıları Mərkəzin "Muzey" bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Azər Zeynalzadə qeyd edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin qəhrəman Alı Mustafayevin həyat haqqında danışıb.Çıxışçılar, Alı Mustafayevin müəllimləri dostları onunla bağlı öz xatirələrini bölüşüblər, onun çevik, qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq daim ön cəbhədə olduğunu bildiriblər.
Daha sonra film tamaşaçılara təqdim olunub. Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.Milli.Az