Hərəkət tam MƏHDUDLAŞDIRILACAQ

“Qanlı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirələrinin yad edilməsi məqsədilə, yanvar ayının 20-si saat 08:00-dan etibarən paytaxtın Parlament prospektiylə kəsişən, bitişən, paralel bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, məqsəd ziyarətə gələnlərin təhlükəsizliyinin ətmin edilməsi, onların rahat, fasiləsiz hərəkətinin təşkil edilməsidir:

“Parlamet prospekti istiqamətində Mehdi Heseyn küçəsi, Teleteatrın inzibati binası yanından, eləcə də Parlament prospektinə Mikayıl Müşfiq, Hüseyn Cavid prospektləri kəsişməsindən, Mikayıl Müşfiq küçəsi Mətbuat prospekti kəsişməsindən, Abbasqulu Abbaszadə, İzzət Nəbiyev küçələri kəsişmələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Ziyarətə gələnlərin şəxsi nəqliyyat vasitələrindən bu ərazidə istifadəsinin mümkünsüzlüyün nəzərə alaraq, ictimai nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyyə edirik. Alternativ yol kimi Parlament prospektiylə hərəkət edən sürücülərin nəzərinə çatdırırıq ki, keçirilən dətbirlə əlaqədar paytaxtın Üçüncü Kənar Dairəvi yolu köməyilə, Yasamal rayon ərazidaxili və ya Bayıl qəsəbədaxili yollarla hərəkət etməyə üstünlük versinlər.

Bir dəqiqəlik sükut elan edilən zaman hər yerdə nəqliyyatvasitələri dayanacaq və sürücülər səs siqanalından fit kimi istifadə edəcəklər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qaza TƏLƏBAT ARTIB - "Azəriqaz"dan AÇIQLAMA – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR