Qadınlar gigiyenik vasitələrə sərvət xərcləyir - İldə 500 dəfədən çox...

Qadınlar gigiyenik vasitələrə sərvət xərcləyir - İldə 500 dəfədən çox...
18:53 18 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bu dünyada ən çətin iş qadın doğulmaqdır. Həm çətindir, həm də bahalı...

Publika.az fransız mətbuatına istinadən xəbər verir ki, bir qadın həyatı boyu gigiyenik vasitələrə 23 500 avro pul xərcləyir.

Belə ki, mütəxəssislərin araşdırmalarına görə, qızlar əsasən 13 yaşlarında (tez, yaxud gec də ola bilər) cinsi yetişkənliyə qədəm qoyurlar. Ayda 5 gün davam edən kritik günlər ərzində tampon və qoruyucu pedlərdən istifadə edirlər. Bu hal 40 il ərzində təxminən 500 dəfədən çox təkrarlanır. Hesablamalara görə, bu müddətdə qadının gigiyenik vasitələr, sakitləşdirici dərmanlar və s. almağa hardasa 23 500 avro pulu gedir.

Təəssüf ki, dünyanın bir çox yerində həmçinin Fransada yaşayan bir sıra qadınlar üçün bu vasitələri əldə etmək maddi cəhətdən mümkün olmur. Unutmaq lazım deyil ki, gigiyenik məhsullar qadının rahatlığından da çox qorunması üçün vacibdir. Xatırladaq ki, 2016-cı ilədək Fransada qadın gigiyenasını təmin edən vasitələrə qoyulan ƏDV 20 faiz idi. Artiq 3 ildir ki, feminist fəalların səyi nəticəsndə vergi 5,5 faizə endirilib. Çünki bu vasitələr ən azı çörək, su və prezervativ qədər vacibdir. Aktivistlərin bir məqsədi də gələcəkdə məktəblərə pulsuz pedlər paylanılmasını təmin etməkdir.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/qadin/266625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR