"Report"un Türkiyə bürosu xəbər verir ki, fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidindədir.
İki gün davam edəcək sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, konsulluq əməkdaşları, Türkiyənin öndəgedən media nümayəndələri iştirak edib.
Baş konsul Məsim Hacıyev "Report"a açıqlamasında bildirib ki, sərginin bu metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da, tanıtmaqdır.
Metrodan istifadə edən sərnişinlər sərgidə nümayiş olunan fotoşəkilləri ürək ağrısıyla izləyiblər. Onlar 20 Yanvar faicəsini törədənləri hiddətlə qınayıb, dünyanı bu vəhşiliyi görməyə çağırıblar.
Vüsalə Abbasova
