İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək

İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək
07:22 20 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisini təşkil edir.

Trend-ə səfirlikdən verilən məlumata görə, Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisinin açılış mərasimi Çərşənbə Günü, 23 yanvar 2019-cu il, saat 19.00-da Müasir İncəsənət Muzeyində olacaq. Sərgi 5 fevral 2019 – cu il tarixinə qədər davam edəcək.

Merklinin fotoları İsveçrə Alpında fermerlərin qədim ənənəsinin qeyd olunmasına həsr edilib. “Xestaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir. Cənab Mustafayevin fotoları Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

Məkan: Müasir İncəsənət Muzeyi

Keçirilmə vaxtı: 23.01. – 05.02.2019

23 yanvar – giriş dəvətnamə ilə

24 yanvar - 5 fevral – giriş ödənişlidir

İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.

Biletin qiyməti: 5 AZN

Tələbələr üçün : 2 AZN

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3008034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR