1980-cı illərdə Maykl Cekson və Prinslə birlikdə dünya pop-musiqisinin zirvəsində olmuş amerikalı müğənni və bəstəkar Layonel Riçinimn oğlu Riçi Mayls həbs olunub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 69 yaşlı L.Riçinin 25 yaşlı oğlu Malys Brokman Riçi Londondakı Hitrou beynəlxalq hava limanında sərxoş vəziyyətdə təyyarəyə minmək istəyəndə onu buraxmayıblar. Üstəlik, Maylsın gömrük xidmətinin əməkdaşları ilə də problemi yaranmışdı.Aeroportun 5-ci terminalında olan Mayls mübahisə zamanı qəflətən qışqırıb "Çantamda bomba var! Təyyarəyə buraxmasanız, partladacağam!" qışqırıb.Hava limanının mühafizə xidmətinin əməkdaşları onu sakitləşdirməyə çalışanda Mayls onlardan birini vurub. Həbs olunmuş model Mayls Riçi pullu zaminə buraxılıb.Onun bunca aqressiv davranışının səbəbləri bəlli deyil.Milli.Az