Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"

Elnarənin açıqlaması ətrafında qalmaqal bitmir - "Müğənnilik nə vaxtdan eyib peşə olub?"
15:22 21 Yanvar 2019
81 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elnarə Avdullayevanın "Oğluma müğənni qız almaram" sözləri ətrafında qalmaqal səngimək bilmir.Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçilər "MTV Azərbaycan"a açıqlama verərək, xanəndəni qınayıblar.Müğənni Elnarə Xəlilova özünü ideal ailə qadını hesab etdiyini söyləyib:"Özümü nümunə hesab edirəm. Təki hamı istəsin ki, mənim kimi ailə başçısı, uşaqlarının anası olsun".Elçin Cəfərov isə "Mən onun seçiminə qarışmaram. Çünki mənə də qarışan olmayıb. Özüm seçib, sevmişəm" deyib.Lətifə Soyuöz də övladının seçiminə qarışmayacağını qeyd edib:"Bəlkə o müğənni mənim oğlumu elə sevib, ona elə sevgi verəcək ki, xoşbəxt olacaq. Həkim olsun, amma oğlumu xoşbəxt etməsin. Nədir bu?"ABD Malik isə peşə arasında seçim etməyin yanlış olduğunu vurğulayıb:"İnsanları peşəyə bölmək olmaz. Elə müğənni var onu heç səhnəyə buraxmaq düzgün deyib, biabırçılıqdır. Amma elə müğənni var onu nümunə kimi ölkəmizdə göstərmək olar. Müğənnilik nə vaxtdan eyib peşə olub?".Reper Qurd isə nəinki övladına müğənni qız almaq, heç qızının da sənətçi ilə ailə qurmasına icazə verməyəcəyini söyləyib.İzzət Bağırov da müğənni gəlini olmasını arzulamadığını deyib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/723198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR