Babək prospektində bərpa işləri yekunlaşıb

Babək prospektində yaranan problem yekunlaşıb.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sözügedən yolda heç bir çökmə baş verməyib:

“Babək prospekti, təqribən 80-ci illərdə salınıb. O vaxta qədər bura neft tullantıları ərazisi olub. Prospektin o vaxtlar həmin tullantılar üzərindən salınması da bu gün yolun müəyyən hissələrində asfalt-beton örtüyünün deformasiyaya uğramasına səbəb olub. Ərazidə əməkdaşlarımız tərəfindən bərpa işləri görülüb. Yaranmış problem aradan qaldırılıb".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR