Erməni hərbçi sığınacağa daxil olub əsgərini

Post başçısı olan erməni leytenant silahı qazmada boşaldıb və açılan atəşlə xidmət yoldaşını öldürüb.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, İrəvan Apellyasiya Məhkəməsində Karen Hovhannisyanın işi üzrə apellyasiya şikayətlərinin müzakirəsinə başlanılıb. Məhkəmə prosesi Sünik vilayət məhkəməsində keçirilir.

Məlumata görə, 1997-ci ildə anadan olan Karen Hovhannisyan müddətli xidmət hərbi qulluqçusu, kiçik çavuş rütbəsində manqa komandiri olmaqla döyüş növbətçiliyinə təyin edilib. Əmrlə o, post başçısı olub.

2017-ci il yanvarın 16-da saat 23:30 radələrində Karen Hovhannisyan su və dırmıq gətirmək məqsədilə leytenant Poğosyanla bərabər öz postlarından qonşu döyüş mövqeyinə (posta) gediblər. Öz mövqelərinə geri qayıtdıqdan sonra leytenant Poğosyan öz avtomatını postun ayıq növbəsində olan sıravi Vladimirə verərək, silahın yoxlama boşaldılmasını yerinə yetirməyinə tapşırıq verib. Leytenant özü isə tualetə gedib.

Orada olan post başçısı Karen Hovhannisyan ayıq növbədə olan Vladimirin xidmətdən yayınmaması üçün leytenantın silahını götürərək, postun qazmasına gedib və orada şəxsən avtomatın yoxlama boşaldılmasını həyata keçirib.

İddialara görə, həmin anda postun qazmasında olan bir qrup hərbi qulluqçu, yatmış vəziyyətdə olub. Telefonun yanında isə rabitəçi əsgər S.Qurqen olub.

İttihama əsasən, həmin anda qazmaya daxil olan Karen Hovhannisyan silahla davranış qaydalarını kobud pozmaqla avtomatın boşaldılması prosesinə başlayıb. Bu zaman unutqanlıqla güllə ilə dolu darağı avtomatdan ayırmadan, həmin vəziyyətdə silahın qoruyucusunu açmaqla silahı boşaltmaq əvəzinə, silahı doldurub. Karen Hovhannisyan yoxlama atışı məqsədilə tətiyi çəkərkən isə açılan atəş nəticəsində rabitəçi S.Qurqen baş nahiyyəsini dəlib keçən odlu silah yarası alıb. Yaralı erməni əsgəri ağır vəziyyətdə hospitala, oradan da mərkəzi hərbi hospitala təxliyyə edilib. O, 2017-ci ilin 24 yanvar tarixində müalicə olunduğu hospitalda özünə gəlmədən ölüb.

Ona qarşı irəli sürülən ittihamla Karen Hovhanisyan ilkin araşdırma və məhkəmə araşdırması prosesində özünü günahkar hesab etsə də, məhkəmədə izahat verməkdən imtina edib.

O, silahla davranış qaydalarının diqqətsizlikdən pozulması nəticəsində erməni əsgərinin ölümünə səbəb olduğunu qəbul etsə də, onu öldürmək niyyətinin olmadığını bildirib və qazmada silahın boşaldılmasının onun təşəbbüsü olduğunu leytenantın bundan xəbəri olmadığını qeyd edib.

Hovhannisyan, törətdiyi əməlinə görə qanunvericiliyə əsasən 5 il 6 ay azadlıqdan mərhum edilib. Bu hökmlə bağlı zərərçəkən tərəf və cəzalandırılan tərəf apellyasiya məhkəməsinə şikayət verib.

Məhkəmə araşdırmasında məlum olub ki, hal iştirakçıları olan şahidlərin hamısının verdiyi izahatlar eyni, hərf səhvləri və sual cavablarla müşayiət olunur. Bu izahatların saxta olduğu və hazır vəziyyətdə köçürülən şahidlər tərəfindən imzlandığına dair sübutlar verilib. Hətta məhkəmə zamanı çıxış edən bir sıra şahidlər ilkin araşdırmada verdikləri izahatdan imtina edib, heç bir cümlə və fikirlərini xatırlamayıblar.

Qeyd edək ki, növbəti məhkəmə iclası 5 fevral tarixinə təyin edilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR