Bakı. 21 yanvar. REPORT.AZ/ Kerç boğazı ərazisində iki gəmidə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.
"14 sağ, 9 ölü (sudan çıxarılıb. – RT)", - deyə idarədən bildirilib.
***21:15
Bakı. 21 yanvar. REPORT.AZ/ Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.
Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.