Bakı. Trend:

Pakistanda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ən azı 26 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, avtobus Karaçidən Pandjqura yollanırdı. Yük avtomobili yanacaq daşıdığından, qəzadan sonra hadisə yerində yanğın baş verib.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 5-i kritik vəziyyətdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin