Bakıda Meksika mətbəxinin təamları təqdim olundu

Bakıda Meksika mətbəxinin təamları təqdim olundu
03:58 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bakıda Meksikanın milli yeməklərinin tanıdılması məqsədilə “Meksika gecəsi” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə ziyarətçilər yeni təamlarla tanış olub, ölkənin mədəniyyəti, adət və ənənələri ilə maraqlanıblar.

Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini qeyd edib ki, ölkəsinin milli mətbəxi 2010-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün iaşə sektorunda 5,5 milyon iş yeri olduğunu diqqətə çatdıran diplomat milli təamların hər il 39 milyondan çox turisti Meksikanı ziyarət və kəşf etməyə cəlb edən mühüm amillərdən biri olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/metbex/267232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR