Bakı. Trend:
Kolumbiyada 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 03:04-də qeydə alınmış yeraltı təkanların episentri Bukaramanqa şəhərindən 51 kilometr cənubda, ocağı isə 164 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin