Dünyanın ən məşhur kriptovalyutası olan bitkoin yenidən ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti 24 yanvar saat 11:07-də 3572 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 0.8% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
