Təbəssümü ilə qəlbləri isidən aktrisanın rəngli stilləri – FOTO

Təbəssümü ilə qəlbləri isidən aktrisanın rəngli stilləri – FOTO
14:48 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda oğlu böyüyənə qədər alkoqollu içkilərdən imtina etdiyini elan edən 36 yaşlı aktrisa Enn Heteuey 4 fərqli stili ilə modapərəstləri heyran edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Mettyu Makkoxani ilə birlikdə “Serenity” filminə çəkilib. Sözügedən filmin tanıtımı çərçivəsində aktrisanın çıxışları davam edir. Bu münasibətlə kino ulduzu dünən bir neçə tədbirdə iştirak edib. O, əlbəttə ki, hər çıxışı üçün müxtəlif libaslar seçərək pərəstişkarlarını özünə valeh edib.

Enn Heteuey Nyu-Yorkda baş tutan təqdimat gecəsinə əri Adam Şlumanla birlikdə gəlib. İlk çıxışı üçün aktrisa tünd rənglərdən ibarət dəst seçdi. O, sadə qara "vodolazka"nı “Givenchy” moda evinin mavi tonlarda abstrakt naxışlı yubkası ilə tamamlayıb.

Daha sonra o, bir neçə teleşounun qonağı olub. Ulduzun ikinci obrazında birincinin əksinə olaraq parlaq tonlar üstünlük təşkil edib. İsti təbəssümü ilə qəbləri isidən artist çəhrayı sarı rəngin vəhdəti ilə tamaşaçıları müsbət enerji ilə doldurub. Dəstin əsas tamamlayıcısı “Gabriela Hearst” moda evindən olan orijinal çanta olub. Aktirsanın obrazından diqqət çəkən əsas detal yarımşəffaf dikdabanları olub.

3-cü çıxışında Enn gündəlik kejual üslubuna müraciət edib. Aktrisanın seçdiyi çalarlar təmkinli olsa da, materialları effekti ilə fərqlənib. Dəstin son ştirixləri iri çərçivəli eynəklər və leopard ayaqqabıları olub.

Ennin sonuncu ziyarəti Set Meyersin şousu olub. Ulduz bu şou üçün qəhvəyi dəri libas üzərində qərar verib. O, geyimi bəyaz stiletto və sırğa ilə uzlaşdıraraq mükəmməl obraza imza atıb.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/267298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR