İrina Şeykdən moda dərsi: Fransızsayağı klassika – FOTO

İrina Şeykdən moda dərsi: Fransızsayağı klassika – FOTO
15:43 24 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

33 yaşlı rusiyalı model İrina Şeyk Paris Moda Həftəsində öz çıxışları ilə pərəstişkarlarına sözün əsl mənasında moda dərsi keçib.

Publika.az xəbər verir ki, özünəməxsus geyimi ilə seçilən məşhur model dünən Paris Moda həftəsi çərçivəsində keçirilən şam yeməyində iştirak edib. Gündüz baş tutan dəfiləyə şəffaf bluz, cins şort, şıq pencək və cins çəkmədə gələn rus gözəli şam yeməyi üçün daha rahat və frasızsayağı üsluba müraciət edib.

Ирина Шейк

Zolaqlı kostyumunu fransız bereti ilə birləşdirən model dəstini kobud laklı botinka ilə tamamlamaq qərarına gəlib.

Ирина Шейк

Qeyd edək ki, model bu yaxınlarda verdiyi müsahibədə ana olduqdan sonra geyim tərzinin dəyişmədiyini bildirib: “Bəzən insanlar “Aa o, anadır, amma bu paltarda küçəyə çıxır?” deyərək təəccüblənirlər. Bu stereotipləri anlamıram. Axı həm də qadınam və hər istədiyimi geyinməyə tam haqqım var”.

İrinanın sözlərinə görə, seksual görünmək və özünü arzuolunan hiss etmək üçün qadınlar dodaqlarını qırmızı pomada ilə boyamağa, hündürdaban ayaqqabı geyinməyə və sinə dekoltesini nümayiş etdirməyə məcbur deyil.

Müsahibəsində qadın seksuallığı mövzusuna toxunan model fikirlərini belə ifadə edib:

“Hər qadın özlüyündə seksualdır. Bu, içəridən gəlir... İdman ayaqqabısı və kostyumda olan qız da çox seksualdır. Seksuallıq xarakterdə, hərəkət və danışıq tərzində gizlənib”.

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/267303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR