Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara ödənişli məzuniyyət verilir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Asif Abdullayev bildirib ki, hamilə qadınla 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir:

“Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət bu müddətdə verilir:

1) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
2) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
3) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü)”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Qız uşaqlarının sayı AZALIR - Səbəb nədir?