(Yəhudi alimin şübhələri və İmam Əlinin (ə) mübarək izahları)Şam əhlindən olan bir yəhudi Mədinəyə daxil olur. O, Tövratı, İncili, Zəburu və peyğəmbərlərin (ə) səhifələrini oxumuş alim idi. Peyğəmbərin (s) səhabələrinə ki, aralarında Əmirəl-möminin (ə) də vardı, rast gəlir. Onunla İmam Əli (ə) arasında uzun bir müzakirə baş verir. Bu müzakirənin bir hissəsi ilə biz də tanış olaq.İmam Əli (ə) qeyd edir ki, nə zaman Həzrət Peyğəmbər (s) öz fəzilətlərini saymaq istəsə idi, buyurardı: "Mən onların heç biri ilə iftixar etmirəm".Yəhudi dedi: "Allah Həzrət Musaya (ə) ağ əl bəxş edir, Muhəmmədin (s) belə fəziləti vardırmı?".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan daha üstünü əta olunmuşdur. Həzrət (s) harada əyləşsəydi, sağ və sol tərəfindən nur saçardı. Bütün insanlar da onu görərdilər".Yəhudi: "Allah Təala Həzrət Musa (ə) üçün dənizdə yol açır. Muhəmmədin (s) belə fəziləti vardırmı?".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmməd (s) üçün ondan üstünü əta olunmuşdur. Döyüşlərin birində Həzrətlə (s) birlikdə idim. Yolda bir məkana çatdıq ki, sel hər yeri bürümüşdü. Dərinliyi ölçən zaman gördük ki, 14 boy qədərdir. Hamı dedi: "Ey Allahın Rəsulu! Düşmən bizim arxamızda və sel qarşımızdadır".Necə ki, həmin sözləri Musanın (ə) qövmü demişdi.Həzrət (s) öz miniyindən yerə endi və əlini dua üçün qaldırdı. Buyurdu: "Allahım, sən hər bir mürsəl üçün nişanə qərar vermisən. Öz qüdrətini mənə göstər".Sonra miniyinə əyləşdi. Hamı o sudan keçdi və hətta dəvələrin üstü belə islanmadı. Sonra qalib halda döyüşdən qayıtdıq".Yəhudi: "Allah Həzrət Musa (ə) üçün daşdan 12 bulaq çıxardır".İmam Əli (ə) buyurdu: "Elədir. O zaman ki, Həzrət Muhəmməd (s) Hudeybiyyəyə daxil olur, Məkkə əhli onu mühasirə edirlər. Ondan bu daşdan da üstünü əta olunur.Səhabələr çox susuzlamışdılar. Həzrətə (s) şikayət etdilər. Susuzluq o həddə idi ki, dördayaqlılara söykənmişdilər. Həzrət (s) su qabı istəyir və əlini həmin qədəhin içinə salıb, çıxardır. Anidən barmaqlarının arasından bulaq axmağa başlayır. Biz hamımız həmin bulağa üz tutduq və hamımız sirab olduq. Bütün su qablarımızı doldurduq".Yəhudi: "Allah Musaya (ə) səma quşu əta etmişdi. Onun kimisi Muhəmmədə (s) əta olunubdurmu?".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü əta olunmuşdur. Allah bütün qənimətləri onun üçün və ümməti üçün halal qərar vermişdir ki, ondan əvvəl heç kəs üçün halal etməmişdi. Nə zaman onlardan biri xeyir iş görmək niyyətində olsa, ancaq onu yerinə yetirməsə əməl dəftərində bir həsənə qeyd olunar. Əməl edən zaman on həsənə yazılar".Yəhudi: "Buludlar Həzrət Musaya (ə) kölgə salarlar".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü verilmişdir. Allah buluda əmr etmişdi ki, doğulduğu gündən ölənə qədər harada olursa-olsun, ona kölgə salsın".Yəhudi: "Allah Davud (ə) üçün dəmiri yumşaldır və onlardan qalxanlar düzəldir".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü əta olunmuşdur. Allah sərt daşı onun üçün yumşaltmışdı. Beytul-müqəddəs şəklinə salmışdır. Hətta xəmir halına salmışdır. Biz onu görmüşdük".Yəhudi: "Həzrət Davud (ə) öz xatasına ağlayır. Dağlar onun qorxusundan aşmağa başlayırlar".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü verilmişdir. O zaman ki, Həzrət (s) namaz üçün dayanır, ağlamağının şiddətindən, sinəsindən atəşin üzərinə tökülən suyun qaynamaq səsləri eşidilirdi. Bu, o halda idi ki, Allah ona əzabdan aman vermişdi.Həzrət (s) bu göz yaşları ilə Allah qarşısındakı mütiliyini göstərmək istəyirdi.Əziz Rəsulumuz (s) on il ərzində Allaha ibadət üçün barmaqlarının kənarında dayanmışdı. O yerə qədər ki, mübarək ayaqları şişmiş və üzünün rəngi sarıya çalmışdı.Daima gecə namazı qılardı o zamana qədər ki, Allah Təala tərəfindən xitab gəldi: "Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy). Biz Qur'anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik". ("Taha" 2).Həzrət (s) o qədər ağlayardı ki, bəzən huşdan gedərdi. Günlərin birində səhabəsi ona deyir: "Ey Allahın Rəsulu! Məgər Allah sənin yaxın və uzaq günahlarını bağışlamayıbdırmı?".Buyurur: "Bəli. Məgər mən şükür edən bəndə ola bilmərəm?""Yəhudi: "Həzrət Süleymana (ə) mal və mülk əta olunur ki, ondan sonra heç kəsə əta olmamışdır".İmam Əli (ə) buyurdu: "Elədir, Həzrət Muhəmmədə (s) ondan üstünü əta olmuşdur. Bir gün ona mələk nazil olur ki, indiyə qədər yerə enməmişdir. O, Mikayil (ə) idi. O, deyir: "Ey Muhəmməd! Əgər istəsən padşah olarsan - bu açar yer xəzinələrinindir ki, sənindir. Bütün dağlar onunla sənin üçün qızıl və gümüş olar. Bu şey axirətdə sənin üçün ehtiyat olunanlardan heç də az deyildir".Həzrət (s) buyurur: "Mən nübuvvət və bəndəliyi seçirəm. Bir gün yeyərəm, iki gün ac qalaram o günə qədər ki, qardaşlarım olan peyğəmbərlərə (ə) qoşularam".Allah ona Kövsəri və şəfaət rütbəsini əta edir. Bu dərəcə və kəramət dünya malından 70 dəfə böyükdür. Ona məhmud məqamının vədini verir. O zaman ki, Qiyamət günü gəlib çatar, Allah Təala onu ərşin üzərində əyləşdirər.Ona görə də ey yəhudi! Bu şey Süleymana (ə) əta olunandan daha üstündür".Yəhudi: "Bütün küləklər Həzrət Süleymanın (ə) əmri altında idilər. Onun vasitəsilə bütün şəhərlərə gedirdi".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü verilmişdir. O, Məscidul-Haramdan Məscidul-Əqsaya qədər olan bir aylıq yolu seyr etmişdir. Ondan sonra mələkut aləminə və 50 min illik yolu getmişdir.Bütün bunlar üç gecədən azında baş vermişdir. Ərşin sütununa çatmışdır və elmə yaxın olmuşdur. Ona yapışmış və onu cənnətə aparmışdılar.Orada bəsirət nuru Həzrətə (s) hakim olmuşdur. Ona görə də Allahın əzəmətini qəlb gözü ilə təsəvvür etmişdir. Gözləri ilə görməmişdir.Onunla həmin nur arasındakı fasilə iki kamandan az fasilə qədər idi.Allah bəndəsinə vəhy göndərir və həmçinin bu ayəni buyurur: "Göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Allahın həqiqi mülküdür. Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də, gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır. Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir". ("Bəqərə" 284)".Yəhudi: "Həzrət Zəkəriyyaya (ə) kiçik yaşlarından elm və dərk verilmişdi. O, heç bir günahı olmadan ağlardı".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü əta olmuşdur. Həzrət Yəhya (ə) o zaman yaşamışdır ki, nə büt var idi və nə də cahiliyyət.Həzrət Muhəmmədə (s) isə bütpərəstlər arasında dərk və elm verilmişdir. Heç bir bütə kiçik rəğbət belə göstərmədi, ondan heç bir yalan eşidilməmişdir. O, əmin, mülayim və doğru danışan idi. O Həzrət (s) heç bir günahı olmadan o qədər ağlayardı ki, səcdə yeri islanardı".Yəhudi: "İsa (ə) beşikdə olan zaman danışmışdı".İmam Əli (ə) buyurdu: "Elədir, ancaq Muhəmməd (s) dünyaya gələn kimi sol əlini yerə və sağ əlini göyə qaldıraraq, Allahın tək olduğunu söyləmişdir. Bu zaman ağzında nur görülmüşdür ki, Məkkədə, Bəsrə sarayında və ətrafında, Şamda, Yəmən saraylarında o nuru görmüşdülər. Bütün dünya onun dünyaya gəldiyi gecədə nurani olmuşdu".Yəhudi: "Həzrət İsa (ə) Allahın izni ilə cüzam xəstələrinə şəfa verirdi".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədə (s) ondan üstünü əta olmuşdur. O, bir çox dərdləri müalicə etmişdir.Bir gün Peyğəmbər (s) səhabələrinin arasında əyləşmişdi. Dostlarından biri haqqında soruşur. Deyirlər ki, o, dərddən qanadı olmayan cücəyə bənzəyir.Həzrət (s) bu sözləri eşidib, onun yanına gedir və buyurur: "Öz salamatlığın üçün Allaha dua etmisənmi?".Deyir: "Bəli. Bu cür dua etmişəm: Allahım! Məni axirətdə cəzalandırmaq istədiyin bəlanı dünyada mənim üçün qərar ver!".Həzrət (s) buyurur: "Bəs niyə bu cür dua etməmisən: "Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (cəhənnəm) odun(un) əzabından qoru". ("Bəqərə" 201).Elə ki belə dua etdi, xəstəlikdən xilas oldu".Yəhudi: "Həzrət İsa (ə) insanlara yediklərindən və evdə saxladıqlarından xəbər verirdi".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmmədin (s) ondan daha üstünü vardır.Həzrət İsa (ə) insanlara divarın arxasında olanlardan xəbər verərdi, Həzrət Muhəmməd (s) orada olmayan Mutə diyarından xəbər vermiş, cihad edənləri təsvir etmiş və şəhidlərini saymışdı. Halbuki, onunla həmin yer arasında bir aylıq fasilə var idi".Yəhudi: Həzrət İsa (ə) gildən quş düzəldir və ona üfürür və Allahın izni ilə o quş dirilir".İmam Əli (ə) buyurdu: "Elədir, Həzrət Muhəmməd (s) də ona bənzər iş görmüşdür. O Həzrət (s), Hüneyn günündə bir daşı əlinə alır ki, biz onun necə təsbih etdiyini eşidirdik.Sonra daşa buyurdu: "Tez dağıl". Tikə-tikə oldu və hər tikəsi təsbih deyirdi. Bir gün ağaca əmr edir və o ağac itaət edir. Hər budağı təsbih deyir. Sonra ona əmr edir ki, iki yerə bölünsün. Ağac iki yerə bölünür. Sonra əmr edir ki, birləşsin. Tez bir zamanda birləşir. Sonra əmr edir ki, Həzrətin (s) nübuvvətinə şəhadət versin. Şəhadət verir. Sonra əmr edir ki, təsbih deyərək, öz yerinə geri qayıtsın. O, geri qayıdır və onun yeri - Məkkə qəssablarının məhəlləsi idi".Yəhudi: "İsa (ə) səfər edərdi və bunu sevərdi".İmam Əli (ə) buyurdu: "Elədir. Ancaq Həzrət Muhəmməd (s) cihad üçün səfər edərdi. O, on il kafirlərlə vuruşur. Minlərlə kafir ərəbi hüccətini tamam edəndən sonra qılıncdan keçirir. Bu, Allah kəlamının yayılması üçün idi".Yəhudi: "Həzrət İsa (ə) zahid idi".İmam Əli (ə) buyurdu: "Elədir. Həzrət Muhəmməd (s) bütün peyğəmbərlərdən (ə) daha zahid idi. Onun üçün elə süfrə açılmamışdır ki, orada buğda olsun. Heç bir zaman buğda çörəyi yeməzdi. Arpa çörəyini də üç gün davamlı olaraq tox olana qədər yeməzdi. Həzrət (s) o halda vəfat etdi ki, qalxanının qiyməti dörd dirhəm idi. Ona çatan döyüş qənimətlərinin heç birini saxlamazdı. O Həzrət (s) bir gündə 300, 400 min dirhəm paylayardı".Müzakirənin sonunda yəhudi İslam dinini qəbul edir və şəhadətləri söyləyir. Sonra İmam Əlinin (ə) elmini mədh edir.Milli.Az