“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü hüquq-mühafizə orqanlarına istinadən "Naftemporiki" qəzeti yazıb.
Nəşrin məlumatına görə, etirazçılar paytaxtın mərkəzi meydanı olan Sintaqmada saxlanılıblar və onlardan 10-u həbs edilib.
Təşkilatçılar meqafonlarla mübarizəni davam etdirməyin və cümə günü yerli vaxtla saat 11:00-da parlament qarşısına gəlməyin vacib olduğunu bildiriblər. Gözlənildiyinə görə, yanvarın 25-i günorta parlamentdə Skopye ilə saziş üzrə səsvermə keçiriləcək.