Vitamin və qida dəyərləri baxımından zəngin olan qidalar sağlamlığımıza faydalı olmaqla yanaşı dərimizə də yaxşı təsir edir.
Metbuat.az dəri üçün təbii məhsullardan hazırlanmış qarışımları təqdim edir:
Xiyar
Xiyar antioksidan baxımından zəngindirn və güclü bir soyutma təsirinə malikdir. Xiyar dəridəki tünd rəngli halqaları azaltmaq üçün də istifadə oluna bilər. Soyuducu təsiri ilə dəri üzərindəki qaşınma və göynəmələri azaltmağa kömək edir.
Xiyarları incə-incə doğrayın və bir müddət soyuducuda saxladın. Daha sonra üzünüzdə 15 dəqiqə gözlədin.
Bal
Bal sızanaqlara qarşı mübarizədə təsirli olmasına kömək edən antibacterial xüsusiyyəti ilə tanınır. Bal antioksidanlarla zəngindir. Dərini təmizləmək və zərər görmüş hüceyrələri bərpa etmək üçün istifadə olunur.
Üzünüzə balı çəkin və 15-20 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın. Üzünüzə çəkmək çətin olarsa bir az isidin.
Hindistan qozu yağı
Hindistan qozu yağı sızanaq və səpkilərlə mübarizə çox təsirli olmasını təmin edən antifunqal və antibakerial xüsusiyyətləri ilə tanınır. Hindistan qozu yağı da yüksək yağ aside tərkibi ilə ən yaxşı təbii nəmləndiricidir. Hindistan qozu yağı dərini sadəcə nəmləndirmir, eyni zamanda bir təmizlik maddəsi və makyaj təmizləyici olaraq da istifadə olunur.
Yulaf əzməsi
Yulaf əzməsi sakitləşdirici xüsusiyyətə malikdir. Üyüdülmüş yulaf əzməsini 2 yemək qaşığı südlə qarışdırın. Üzünüzə sürtünvə yüngülcə ovalayın. Daha sonra soyuq su ilə durulayın.